Aftandil Hacıyev heyətə qayıtdı

Aftandil Hacıyev heyətə qayıtdı

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" klubu "Bakı" ilə oyunun hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, Aftandil Hacıyev bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. Murad Doymuş, Taner Taktak və əvəzedici komandadan cəlb olunmuş İsmayıl Qəhrəmanov isə fərdi məşqlərlə kifayətlənir.

Xatırladaq ki, "Sumqayıt" FK Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə