“Neftçi”nin rəqibi 1/8 finala çıxdı

“Neftçi”nin rəqibi 1/8 finala çıxdı

"Neftçi"nin Avroliqadakı rəqibi "Partizan" klubu Serbiya Kubokunda növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi 1/16 finalında "Proleter" ilə qarşılaşıb.

"Partizan" matçda rəqib qapısından 4 qol keçirib. "Proleter" isə buna cavab olaraq cəmi bir dəfə fərqlənə bilib. Oyunda böyükhesablı qələbə qazanan "Partizan" 1/8 finala çıxıb.

Aygün Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə