Milli komandamızın üzvü Cavid Hüseynovun klubu Türkiyə Kubokundan uzaqlaşdırılıb. Siasport.az saytının məlumatına görə, C.Hüseynovun çıxış etdiyi "Adana Demirspor" Türkiyə Kubokunun ikinci turunda səfərdə "Çorum Belediyespor"la qarşılaşıb. Baş məşqçi Cavidi 87-ci dəqiqədə Muhittin Tümbüllə əvəzləyib.
Matçın yekununda isə meydandan ev sahibi qalib ayrılıb - 2:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB