Braziliya Meksikaya son dəqiqədə qalib gəldi

Braziliya Meksikaya son dəqiqədə qalib gəldi

Bu gün ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında II tura yekun vurulacaq. Artıq turun 2 oyunu başa çatıb. Bu gün meydana C və D qruplarında yer alan komandalar çıxıb. Oyunlar 8-ci km qəsəbə stadionunda və "Bayıl Arena"da baş tutub.

C qrupunda yer alan Braziliya yığması Meksika ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Braziliya millisi vacib qələbə sayəsində növbəti mərhələ şanslarını qoruyub.

D qrupunda isə Qana millisi ilk qələbəsini qazanıb. Afrikalılar Uruqvayı darmadağın edib – 5:0. Bu qələbə sayəsində Qana da mübarizəni erkən dayandırmaqdan qurtulub.

C qrupu

Meksika – Braziliya 0:1

Byanka, 90+1

D qrupu

Uruqvay – Qana 0:5

Ceyn Ayieyam, 8. Prissilla Okyere, 24; 79. Alberta Ahialey, 45. Fatimə Əl-Həssən, 78

Bütün xəbərlər Facebook səhifəmizdə