İspaniyanın "Barselona" futbol klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, katalon klubu 32 yaşlı Xavi Hernandezlə yeni müqavilə şərtlərini müzakirə etmək qərarı alıb. Türkiyənin "fanatik.com.tr" idman saytı yazır ki, "Barselona" klubu, 2014-cü ildə klubla müqaviləsi başa çatacaq futbolçu ilə oktyabr ayında yenidən danışıqlar masasına əyləşmək fikrindədir. İdman saytı yazır ki, katalon klubu Xavi ilə yanaşı, Karlos Puyol, Erik Abidal, Kristian Tello ve Mark Muniesa ilə də müqavilələrinin müddətinin artırılması ilə bağlı danışıqlar aparmağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB