Ramiz Məmmədov köməkçilərini artırdı

Ramiz Məmmədov köməkçilərini artırdı

"Qəbələ" klubunun sabiq baş məşqçisi Fatih Kavlakın köməkçilərinin komandada saxlanılması barədə qərar verilib. Siasport.az saytının məlumatına görə, yeni baş məşqçi Ramiz Məmmədov Vüqar Məmmədov və Sənan Qurbanovun köməyindən yararlanmaq niyyətindədir. Mütəxəssis onlarla yanaşı, Mehman Baxışovu da köməkçisi olaraq Qəbələ təmsilçisinin məşqçilər korpusuna dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə