Azərbaycan çempionatında məşqçi 5 oyunluq cəzalandı

Azərbaycan çempionatında məşqçi 5 oyunluq cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

20 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının təxirə salınmış III turunun "Xəzər Lənkəran" – "Simurq" matçında "Simurq" klubunun 5, "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun AZAL – "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

24 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun "Sumqayıt" – "Neftçi" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində "Neftçi" klubunun 28 №-li futbolçusu Emin Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

24 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun "Qəbələ" – "Rəvan" matçının 72-ci dəqiqəsində "Qəbələ" klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1).

Oyunun 72-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi klub 3000 manat cərimə olunur (maddə 49).

Matçın 77-ci dəqiqəsində "Qəbələ" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

24 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun "Simurq" – "Kəpəz" matçında "Kəpəz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 89-cu dəqiqəsində "Kəpəz" klubunun 13 №-li futbolçusu Emin İmaməliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

22 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun "Turan" – "Qarabağ" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun "Sumqayıt" – "Neftçi" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun III turunun "Şahdağ" – "Bakılı" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun III turunun "Ağsu" – "Şuşa" matçının 65-ci dəqiqəsində "Ağsu" klubunun 9 №-li futbolçusu Nicat Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

23 sentyabr 2012-ci il futzal üzrə Azərbaycan I divizionunun "Kəpəz" – "Baku Fire" matçının 21-ci dəqiqəsində "Kəpəz" klubunun 5 №-li futbolçusu Nazim Heydərov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 27-ci dəqiqəsində "Baku Fire" klubunun məşqçisi Fuad Rzayev və klubun 3 №-li futbolçusu Fəyar Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 5 oyunluq, futbolçu 4 oyunluq cəzalanır (maddə 42).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com