"Qoca sinyora" xal itirdi!

Dünən axşam İtaliya A Seriyasında növbəti qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, A Seriyasının hazırkı lideri olan "Yuventus", çempionatın digər iddialı komandası olan "Fiorentino"nun qonağı olub. Neçə turdur ki, məğlubiyyət üzü görməyən və xal itkisinə məruz qalmayan "qoca sinyora", bu qarşılaşmada xal itkisi ilə üzləşib. Belə ki, hər iki komanda meydandan qolsuz bərabərliklə ayrılıb. Bu isə o deməkdir ki, "Yuventus"un məğlubedilməzlik seriyasına son qoyulmaqla yanaşı, "qoca sinyora" əhəmiyyətli 2 xal iriməli oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə