AİPS prezidenti "Neftçi" - "İnter" matçından danışdı

AİPS prezidenti "Neftçi" - "İnter" matçından danışdı

Gənc Reportyorlar Proqramı çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) prezidenti Canni Merlo, oktyabrın 4-də Avroliqanın qrup mərhələsində "Neftçi"nin Milan "İnteri"i ilə oyununu canlı izləyəcək. Siasport.az saytının məlumatına görə, matç öncəsi AİPS rəhbəri hər 2 komandanın şansını dəyərləndirib. O, bu görüşdə bakılıların qalib gəlmək imkanının daha yüksək olduğunu bildirib: "İnter" hazırda yaxşı günlərini yaşamır. Komandada durum qarışıqdır. Baş məşqçi dəyişib. İndiki məşqçi bundan əvvəl klubun əvəzedicilərini çalışdırıb. Onun elə də yüksək Avropa təcrübəsi yoxdur. Əsas heyətin futbolçularından bəziləri mövsüm ərəfəsində "İnter"i tərk edib.

"Neftçi" isə azarkeşləri qarşısında daha baxımlı futbol oynayır. Bununla yanaşı, o da məlumdur ki, Azərbaycan komandaları ev oyunlarını çox yüksək səviyyədə keçirirlər. Bunun nəticəsi kimi, onlar istəlinən komandanı Bakıda məğlub edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə