Komanda ilə birlikdə "Bakı" ilə oyuna hazırlaşan "Sumqayıt" klubunun qapıçısı Səlahət Ağayev "Neftçi" üzərindəki qələbədən danışıb. Siasport.az saytının məlumatına görə, yoldaşlarına əzmkar oyuna görə təşəkkür edən 21 yaşlı qolkiper komandanın uğursuzluq zolağından çıxdığını deyib: "Olduqca çətin dövrdən keçirik. "Qarabağ" və "Qəbələ" ilə oyundakı böyükhesablı məğlubiyyətlər komandaya olduqca pis təsir etmişdi. "İnter"lə görüşdə komanda pis təsir bağışlamadı, lakin məğlub olduq. "Neftçi" ilə oyuna çox ciddi hazırlaşmışdıq. Bu görüşdə uşaqlar meydanda canlarını qoydulr. Əsl əzmkarlıq nümayiş etdirib qələbə qazanmağı bacardıq. Çətin dövrdə gözəl oyunla əldə etdiyimiz qalibiyyət komanda kimi bizə çox yaxşı təsir edəcək. Fürsətdən istifadə edib "Neftçi" klubuna avrokuboklarda uğurlar arzulayıram".
S.Ağayev həftəsonu "Bakı" ilə baş tutacaq görüş barəsində də fikirlərini bildirib: "Komandada əhval ruhiyyə olduqca yüksəkdir. "Neftçi" üzərindəki qələbədən sonra bu ssenarini davam etdirmək istəyirik. Ardıcıl doğma azarkeşlərimiz qarşısında keçirəcəyimiz ikinci oyundan da sərfəli nəticə ilə ayrılmaq əsas məqsədimizdir. Bizi dəstəkləyən bütün fanatlarımıza təşəkkür edirəm. "Sumqayıt" klubuna gəldiyim gündən onları daim yanımızda görmüşəm. Pis günümüzdə də, yaxşı günümüzdə də bizi dəstəkləyiblər. İnşallah "Bakı" ilə görüşdə sərfəli nəticə qazanıb, onları növbəti dəfə sevindirərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB