Boksçularımızın rəqibləri müəyyənləşib

Boksçularımızın rəqibləri müəyyənləşib

Dünya Boks Liqasının üçüncü mövsümünün qrup mərhələsinin püşkatması keçirilib. Siasport.az saytının məlumatına görə, püşkatmanın yekunlarına əsasən, Azərbaycanın "Bakı Fiers" klubu "A" qrupuna düşüb. Bu qrupda komandamız "Dinamo Moskva" (Rusiya), "Hindistan Fayters" (Hindistan), "Argentina Kondors" (Argentina), "Meksiko Quyerreros" (Meksika), "Xussars" (Polşa) komandaları ilə mübarizə aparacaq. "B" qrupunda "Milano Tander" (İtaliya), "İqls" (Almaniya), "Ukrayna" (Ukrayna), "Astana Arlans" (Qazaxıstan), ABŞ və Böyük Britaniya komandaları qarşılaşacaqlar.
Azərbaycan yeni mövsümə öz meydanında Argentina klubu ilə görüşlə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə