"Bakı" futbol klubunun yarımmüdafiəçisi İbrahim Kargbo milli yığmaya dəvət alıb. Siasport.az saytının məlumatına görə, Syerra-Leone milli komandasının məşqçilər heyəti İbrahimi Afrika çempionatı çərçivəsində Tunis yığmasına qarşı oyuna hazırlıq mərhələsində komandanın düşərgəsində görmək istəyirlər. Bu barədə "Bakı"nın ünvanına rəsmi müraciət də daxil olub .
Haqqında söhbət gedən oyun 13 oktyabr 2012-ci il tarixində Tunisdə baş tutacaq.
Qeyd edək ki, Syerra-Leone və Tunis milliləri arasında keçirilən ilk oyun heç-heçə (2:2) yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB