Nigeriya qadınların FIFA U-17 çempionatında davamlı şəkildə iştirak etmiş və 2 il öncə Trinidad və Tobaqoda qrup mərhələsini adlayan ilk Afrika ölkəsi olmuşdu. Siasport.az saytının məlumatına görə, Azərbaycanda da "Flaminqolar" Kanada ilə ilk oyundakı bərabərlikdən sonra Lənkəranda Azərbaycan yığmasını məğlub etməklə bu uğuru davam etdirmək niyyətində idi. Digər tərəfdən ev sahibi komanda da çempionat çərçivəsində ilk qalibiyyətini qazanmaqla qrupdan çıxmaq şanslarını bir qədər də artırmaq istəyirdi.
Güclü azarkeş dəstəyi altında meydana çıxan ilk turda xal itgisi ilə üzləşmiş komandalar bu oyunda 3 xala iddialı görünürdülər. Oyunda ilk dəqiqələrdən etibarən yüksək tempin şahidi olduq və "Flaminqoların" sürətdə ev sahiblərini üstələdikləri açıq-aşkar hiss olunurdu. Ardıcıl bir neçə dəfə top itirən Azərbaycan yığması beş və səkkizinci dəqiqələrdə qapısında 2 qol gördü. İhezu və Ayindenin ilk dəqiqələrdə vurduğu qollar nigeriyalıların oyun şövqünü daha da artırmış oldu.
Vurulmuş qollardan ruhlanan "Flaminqolar" tempi daha da artıraraq 20, 22 və 24-cü dəqiqələrdə daha üç qol vurmaqla oyunun taleyini elə ilk hissədəcə həll etmiş oldular. Baiahwo, Yakubu və yenidən Ayinde komandalarına əvəzsiz üstünlük gətirən qolların sahibi oldular.
Rəqibi qapısında nadir hallarda təhlükə yaradan Azərbaycan yığmasının ilk hücumu 26-cı dəqiqəyə təsadüf etdi. Komanda yoldaşından ötürmə alan Nigar Cəlilli hücumu gözəl zərbə ilə tamamlasa da Nigeriya komandasının qapıçısı Andy Gift mükəmməl reaksiya ilə zərbəni dəf etdi. Nigarın 40-cı dəqiqədəki zərbəsində isə cüzi dəqiqlik çatmadı.
Əvəzində isə oyunun ən aktiv futbolçusu nigeriyalı sol cinah hücumçusu Yakubudan ötürmə alan İhezuo 32 və 37-ci dəqiqələrdə yenidən səhnəyə çıxdı. Daha 2 qol vuran hücumçu ilk hissədə hettrikə imza atmış oldu.
İkinci hissədə də qoldan doymayan Nigeriya komandası çempionatın 2 gün əvvəl yenilənmiş rekordunu bir daha təzələmək istəyirdi. İlk hissədə 7 qol vuran "Flaminqolar" ikinci hissədə daha 4 qola imza ataraq yekunda 11:0-lıq qələbəyə sevindilər. Bununla da ardıcıl 2-ci məğlubiyyətini alan ev sahibi komanda turnirə qrup mərhələsindəcə əlvida demiş oldu.
Sissi Rayt, Azərbaycan komandasının baş məşqçisi
"Bildiyiniz kimi son oyunlarımız Kolumbiya və Nigeriya komandası ilə baş tutdu. Bu ölkələrdə qadın futbolu 20-30 ildir ki, mövcuddur və nəsildən-nəsilə keçərək daha da formalaşıbr. Bizdə də bu cür nəsil ənənəsinin yaranması üçün bir qədər zamana ehtiyacımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB