Böyükağa Hacıyev: "Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm"
"Oyunlarımızda olan qrafik sıxlığı özünü göstərir. Qrup mərhələsində "Partizan"la oyun sonrası yorğunluq və bəzi futbolçuların həddindən artıq özünə arxayınlığı, rəqibi qiymətləndirməməsi özünü göstərdi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyevin deyib. O, rəqibə hər zaman hörmətlə yanaşmaq lazım olduğunu qeyd edib: "Futbolçular bir amili yaddan çıxarmamalıdır ki, kimliyindən asılı olmayaraq rəqibə hörmətlə yanaşmalıdırlar. Əks təqdirdə onlar daha acı məğlubiyyətlərlə üzləşə bilərlər. Bunun da istər məşqçilər korpusuna, istərsə də futbolçulara ağır nəticələri olar. Bu gün əgər Sadıq Sadıqovun klubdakı strategiyasını əsas tutaraq gənclərə əsas diqqət yetirilirsə, futbolçular, klub rəhbərliyinin və məşqçilər korpusunun etimadını doğrultmalıdır. Bir daha bildirirəm ki, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm və söz verirəm ki, oxşar hal bir daha təkrarlanmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB