Con Terrinin İngiltərə millisindən getməsinin əsl səbəbi məlum oldu!
Futbol üzrə İngiltərə millisinin və Londonun "Çelsi" futbol klubunun forvadı Con Terrinin yığmadan uzaqlaşmaq qərarı, "dumanlı albiom"da ciddi müzakirələrə səbəb olub. Siasport.az saytı xəbər verir ki, bir sıra futbol mütəxəssisləri onun bu qərarının tez və yanlış olduğunu iddia edirlər. Lakin C.Terri qərarında israrlı olduğunu açıqlayıb. O, Anton Ferdinanda qarşı irqçi şüar səsləndirməsi ilə bağlı ittihamların məhkəmə tərəfindən əsassız hesab edilməsindən sonra, İngiltərə Futbol Federasiyasının (İFF) ona qarşı araşdırmalara başlamaqla bağlı qərarından hiddətlənib. C.Terri, Federasiya tərəfindən ona qarşı bu addımın inamsızlıqla bağlı olduğunu bildirib. İngilis futbolçu Federasiyanın bu addımına etiraz olaraq millidən getməyi qərara aldığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB