Arsen Venger "Qalatasaray"ı təriflədi

Arsen Venger "Qalatasaray"ı təriflədi

İstanbulun "Qalatasaray" futbol klubunun "Mançester Yunayted"lə qarşılaşmada göstərdiyi əzmkar futbol, "Arsenal"ın baş məşqçisi Arsen Vengeri məmnun edib. Siasport.az saytı Türkiyənin "Spor3.com.tr" idman saytına istinadən xəbər verir ki, tanınmış fransız futbol mütəxəssisi ingilis jurnalistlərlə söhbətində bildirib ki, istanbul nəhənginin oyun sistemi və sürətli futbol texnikası onu məmnun edib:

"Onlar "Old Trafford"da az qala "qırmızı şeytanlara" şok yaşadacaqdılar. "Qalatasaray"ın bir neçə epizodda sadəcə bəxti gətirmədi. Onlar "Old Trafford"da cəsur futbol nümayiş etdirdilər. Onların bundan sonrakı oyunlarını da həyəcanla izləyəcəm"-deyə A.Venger fikrini tamamlayıb

Bütün xəbərlər Facebook səhifəmizdə