"Fənərbaxça" azarkeşləri Aykut Kocamanı yenə istefaya səslədilər..

"Fənərbaxça" azarkeşləri Aykut Kocamanı yenə istefaya səslədilər..

Dünən öz meydanında "Trabzonspor"la qolsuz bərabərliyə qalan "Fənərbaxça" klubu, azarkeşlər tərəfindən ciddi tənqidə və ittihamlara məruz qalıb. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın istanbul klubunun azarkeşləri, baş məşqçi Aykut Kocamanı istefa verməyə çağırıblar. Oyundana sonra isə "fənərbaxça"lı azarkeş qrupları, öz mail və twitter səhifələrində də A.Kocamanın istefası üçün kampaniyaya başlayıblar. Onlar komandanın son uğursuzluğlarını, Aleks de Souza ilə şəxsi ədavət aparan və bu cür əməlləri ilə futbolçuları ruhdan salan A.Kocamanın günahkar olduğunu düşünürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə