Mövsümün 2-ci avtoqolu STATİSTİKA

Mövsümün 2-ci avtoqolu STATİSTİKA

Topaz Premyer Liqasının VI turunun "Sumqayıt" – "Neftçi" oyunu mövsümün 2-ci avtoqolu ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"ın futbolçusu Xəyal Mustafayev "Neftçi" ilə oyunda öz qapısına qol vurub.

Bunadək "Qarabağ"ın albaniyalı müdafiəçisi Admir Teli uğursuzluq yaşamışdı. O, "İnter"lə oyunda avtoqol müəllifi olmuşdu.

Xəyal isə Azərbaycan çempionatları tarixində "Neftçi"ilə oyunda avtoqol edən 13-cü futbolçu oldu. Bakılılar indiyədək hamıdan çox – 13 dəfə rəqiblərin avtoqoluna sevinib.

"Neftçi"nin rəqiblərinin avtoqolları:

Faiq Məmmədov

10.04.1993

Ümid - Neftçi

Zöhrab Qədiyev

27.09.1997

Neftçi – Dinamo

Səttar Əliyev

04.11.2000

Qarabağ – Neftçi

Elnur Abbasov

27.09.2003

Turan – Neftçi

Rafael Əmirbəyov

01.05.2011

AZAL – Neftçi

Murad Hüseynov

11.12.2011

Neftçi – AZAL

Xəyal Mustafayev

Sumqayıt - Neftçi

Bütün xəbərlər Facebook səhifəmizdə