David Pietrzkieviç: “Teplitse”dən “Kəpəz”ədək STATİSTİKA

David Pietrzkieviç: “Teplitse”dən “Kəpəz”ədək STATİSTİKA

Zaqatalanın "Simurq" klubunun qapıçısı David Pietrzkieviçin quru seriyası qırılıb. Siasport.az saytının məlumatına görə, polşalı qapıçı Topaz Premyer Liqasında ilk qolunu VI turun "Kəpəz"lə oyununda buraxıb. Bunadək meydana çıxıb əvəzolunmadan keçirdiyi 4 qarşılaşmada qol buraxmayan David Şahin Kərimovun 20-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb. Bununla da polşalının Azərbaycandakı seriyası 380-cı dəqiqədə qırılıb.


Lakin polşalının şəxsi seriyası daha uzun olub. Bu il mayın 12-də Çexiya çempionatının "Teplitse" – "Banik" oyununda qonaqların şərəfini qoruyan qapıçı son qolunu həmin matçın 48-ci dəqiqəsindəı buraxmışdı. Bu isə o deməkdir ki, Pietrzkieviç 422 dəqiqədən sonra qol buraxdı.


Qeyd edək ki, "Simurq" 2007/08 mövsümündəki (3-6-cı turlar) quru seriya rekordunu təkrarlasa da yeniləyə bilmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə