Qadın güləşçilərin dünya çempionatı keçiriləcək

Qadın güləşçilərin dünya çempionatı keçiriləcək

27-29 sentyabr 2012-ci il tarixdə Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, qadınlardan ibarət yığma komandamız böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda iştirak edəcək. 7 çəki dərəcəsində keçiriləck yarışlarda Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) medallar uğrunda mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində olimpiya dərəcəli hakim Hicran Şərifov ölkəmizi təmsil edəcək.

Üç gün davam edəcək çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayacaq. İkinci gün 55 və 72 kq, son gün isə 48 və 63 kq çəkidə qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə