Böyükağa Hacıyev: "Bu qədər uğurdan sonra məğlub olmağımız yaxşı olmadı”
Topaz Premyer Liqasının VI turu çərçivəsində "Neftçi" səfərdə "Sumqayıt"a məğlub olub - 2:3. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:
Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Bu gün maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq. "Neftçi" Avro Liqa oyunundan sonra yorğun olduğuna görə biz çox qaçmalıydıq və bunu bacardıq. Bu nəticədən sonra komandamdan razıyam. 2:0 hesabıyla irəlidə olduğumuz vaxt səhvlər buraxdıq. Ona görə də rəqib hesabı bərabərləşdirə bildi. Buna baxmayaraq, futbolçularım özlərini itirmədilər və qələbə qazandıq".
Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün "Sumqayıt"ın qələbə qazanmaq həvəsi bizdən çox idi. Emilin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdır. Rəqibin 9 nömrəli futbolçusu yaxşı oynadı (red. – Orxan Əliyev). Futbolçularım rəqibə ciddi yanaşmadı. "Sumqayıt"ın heyəti əsasən cavan uşaqlardır, oyun boyu qaçırlar. Bu gün əsas heyətdən üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə görə bilmədim. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq. Oyundan öncə mən demişdim ki, "Partizan"ı udub, "Sumqayıt"a uduza bilərik. "Neftçi" bir də 5-6 turdan sonra sarsaqlıyacaq. Bu qədər uğurdan sonra məğlub olmağımız yaxşı olmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB