Topaz Premyer Liqasının VI turunda "Rəvan" səfərdə "Qəbələ"ni məğlub etdi - 3:1. Siasport.az saytının məlumatına görə, bu nəticə "Rəvan" üçün mövsümün ilk qələbəsi, "Qəbələ" üçün isə ilk ev məğlubiyyəti oldu. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Bəhmən Həsənov, "Rəvan" klubunun baş məşqçisi: "Bu gün "Qəbələ" ilə oyunda xal qazanmaq istəyirdik. Gözəl oyun nümayiş etdirdik, komandamız qalib gəldi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".
Fatih Kavlak, "Qəbələ" klubunun baş məşqçisi: "Çox pis oynadıq. İlk hissədə yaxşı oyun göstərə bilmədik. İstədiyimiz qol epizodlarını yarada bilmədik. İkinci hissədə qalib gəlməyi daha çox istəyirdik, lakin əks hücumdan qapımızda qol gördük. Oyunun son dəqiqələrində isə qapımızdan daha bir qol buraxdıq və məğlub olduq. Rəqibi qələbə ilə təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB