"Simurq" klubu daha bir futbolçu ilə heyətini gücləndirib. Siasport.az saytının məlumatına görə, komanda braziliyalı müdafiəçi Anderson Oliveyra Almeida ilə bir illik rəsmi müqavilə imzalayıb. Təcrübəli futbolçu sarı-qaraların heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Gürcüstan toplanışından komandaya qoşulan Anderson bu günki "Kəpəz"lə matçda baş məşqçi Georgi Çixradzenin şans verəcəyi halda meydana daxil ola biləcək. O, karyerası ərzində bir çox tanınmış klublarda forma geyinib. Braziliyalının son iş yeri Rumıniyanın "Vasluy" kollektivi olub və burada komandanın gümüş medallar qazanmasında önəmli rol oynayıb. Buna qədər isə Anderson "Vasko de Qama", "Levadiakos", "Viktoriya Setubal" kimi məşhur komandaların əsas oyunçularından olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB