İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı forvardı Manuel Fernandes Rusiyanın "Zenit" futbol klubunun maraq dairəsinə düşüb. Siasport.az saytı xəbər verir ki, bu barədə Portuqaliyanın "Corrieo de Manha" qəzeti yazır. Qəzet iddia edir ki, Sankt-Peterburq klubu, "Porto"dan 40 milyon avroya transfer etdiyi Hulkdan gözlənilən nəticəni ala bilmədiyi üçün İstanbul klubunun portuqlaiyalı forvardına "elçi düşüb". Portuqaliya qəzeti yazır ki, əgər "Zenit" M.Fernandesi transfer etməyə müəssər olsa belə, bunun üçün "qara qartal"a 25 milyon avro ödəməli olacaq. Çünki M.Fernandes ilə "Beşiktaş" arasında imzalanan müqavilədə nəzərdə tutlub ki, portuqaliyalını tranfere tmək istəyən klub "Beşiktaş"a 25 milyon avro ödəməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB