Futbol üzrə İtaliya A Seriyasında növbəti turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasının H qrupunda Bakının "Neftçi" klubunun rəqibi olan İtaliya "İnter"i öz meydanında "Syena"nı qəbul edib. Gərgin keçən qarşılaşmada qonaqlar flaqmanın rəqibini 2:0 hesabı ilə məğlub ediblər. Lider "Yuventus" isə "Kievo" ilə qarşılaşmada 2:0 hesabı ilə qalib gələrək liderliyini möhkəmləndirib. "Milan" isə "Udenise"yə 1:2 hesabı ilə məğlub olub. Bundan başqa, "Kataniya"-"Napoli" qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB