"Barselona" zəif rəqibinə güclə qalib gəldi

"Barselona" zəif rəqibinə güclə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, lider "Barselona" "Qranada" ilə qarşılaşmada olduqca çətin duruma düşüb. Belə ki, katalon təmsilçisi qarşılaşmanın 87-ci dəqiqəsinə qədər zəif rəqibi qarşısında aciz oyun sərgiləyib. Yalnız 87-ci dəqiqədə Xavinin, və əlavə olunmuş dəqiqələrdə Qomezin qolları ilə meydandan 2:0 hesablı qələbə ilə ayrılan "Barselona", turnir cədvəlindəki mövqeyini bir qədər də möhkəmləndirib. Türkiyəli futbolçu Arda Turanın komandası isə öz meydanında qəbul etdiyi "Valladolid"i 2:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə