Keir Radnedge: "Burada gördüyüm inkişaf məni heyran etdi"

Keir Radnedge: "Burada gördüyüm inkişaf məni heyran etdi"

"Bakıya ilk dəfədir səfər edirəm. Burada gördüyüm inkişaf məni heyran etdi". Siasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Futbol Komitəsinin rəhbəri Keir Radnedge deyib.

K.Radnedge bildirib ki, Azərbaycanın FİFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi etməsi beynəlxalq idman aləmində böyük hadisədir. O, bu mötəbər betnəlxalq idman yarışının Bakıda keçirilən açılış mərasiminin həqiqətən möhtəşəm olduğunu qeyd edib.

Azərbaycan idmançılarının qazandığı uğurlardan məlumatlı olduğunu diqqətə çatdıran K.Radnedge Tofiq Bəhramov və Antoli Banişevskinin adlarının ölkənin futbol tarixinə qızıl hərflərlə yazıldığını bildiyini söyləyib.

Qonaq qeyd edib ki, Bakının "Neftçi" futbol klubunun Avropa Liqası yarışlarının qrup mərhələsinə yüksəlməsi və ilk turda Serbiyanın "Partizan" komandası ilə heç-heçə oynaması Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsində olmasından xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com