Ötən mövsümün mükafatçıları – "Neftçi", "Xəzər Lənkəran" və "İnter"in medallarına qovuşacağı tarix bəlli olub. Siasport.az saytının məlumatına görə, qaliblər oktyabrın 10-da mükafatlandırılacaqlar.
Böyük ehtimalla, mərasim Beynəlxalq Muğam Mərkəzində olacaq. Artıq tədbirlə bağlı PFL adıçəkilən 3 kluba məktub göndərib. Mərasimdə medalçılarla yanaşı, ötən mövsümün ən yaxşıları da mükafatlarına qovuşacaqlar. Birinci divizion qaliblərinin mükafatlanacağı tarix isə hələlik bəlli deyil.
"Futbol+"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB