Topaz Premyer Liqasının VI həftəsində bu gün "Simurq" Gəncənin "Kəpəz" klubunu qonaq edəcək. Siasport.az saytının məlumatına görə, saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək matç öncəsi meydan sahibi son məşqinə çıxıb. Tam heyətlə hazırlıqları tamamlayan Zaqatala təmsilçisi, bu günkü məşqdə isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qapıya zərbələr üzərində çalışıb.
Gəncə klubu ilə 9-cu duel ərəfəsində "Simurq"un üstünlüyü var. Doğma arenada "Kəpəz"ə heç vaxt məğlub olmayan sarı-qaralar bugünkü qarşılaşmadan da 3 xalla ayrılarsa, turnir cədvəlindəki liderliyini möhkəmləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB