"Qəbələ" "Rəvan"ı darmadağın edib

"Qəbələ" "Rəvan"ı darmadağın edib

Əvəzedicilər çempionatının 6-cı turunda "Qəbələ" doğma divarlar arasında "Rəvan"ı qəbul edbi. Siasport.az saytının məlumatına görə, İlk 5 turda qələbə qazana bilməyən Luis Araqonun yetirmələri paytaxt təmsilçisi ilə matça sürətli başlayıb. Buna baxmayaraq, hesabı qonaqlar açıblar. 22-ci dəqiqədə Orxan Orucov "Rəvan"ı irəli çıxarıb. "Qəbələ"nin cavabını isə cəmi 9 dəqiqə gözləmək lazım gəlib. Rey Məmmədbəyli dəqiq zərbə ilə status-kvonu bərpa edib - 1:1. Meydan sahiblərinin aktivliyi 43-cü dəqiqədə fərqi "Qəbələ"nin xeyrinə dəyişib. Rey bir daha bakılıları meydanın mərkəzinə dəvət edib - 2:1.

İkinci hissəyə də ilk yarıda olduğu kimi "Rəvan" qolla başlayıb. 54-cü dəqiqədə Sallieu Bundu hesabı bərabərləşdirib - 2:2. Paytaxt təmsilçisinin 1 xal ümidi cəmi 7 dəqiqə sürüb. Rəqib müdafiəsini təzyiq altında saxlayan Rey het-trikini rəsmiləşdirib - 3:2. 80-ci dəqiqədə Tərzin Cahangirov penaltidən hesab arasındakı fərqi ikiyə çatdırıb - 4:2. Bu da qarşılaşmada son qol olmayıb. 85-ci dəqiqədə Elnur Mustafayev dəqiq zərbə ilə matçın nəticəsini müəyyənləşdirib - 5:2. Beləliklə, "Qəbələ" mövsümün ilk qələbəsini darmadağınla qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə