"Rəvan"da baş məşqçi oyunu davam edir. Siasport.az saytının məlumatına görə, klub rəhbərliyi komandanı cari mövsümdə üçüncü mütəxəssisə tapşırıb.
Belə ki, Bəhmən Həsənovu istefaya göndərən "Rəvan" rəhbərliyi Kemal Alispahiçi komandanın baş məşqçisi təyin edib. Vaxtilə "Muğan"a rəhbərlik edən bosniyalı mütəxəssislə iki illik rəsmi müqavilə imzalanıb. Alispahiç sabah "Qəbələ" ilə bu gün baş məşqçi kimi debüt edəcək.
Qeyd edək ki, Alispahiçin son iş yeri Tacikistan milli komandası olmuşdu. Mövsümə Cavad Gülərlə başlayan "Rəvan" onu Bəhmən Həsənovla əvəzləmişdi.
Futbol11.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB