Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının VI turunda AZAL Sumqayıtda "İnter" komandasını qəbul edib. Siapsort.az saytının məlumatına görə, tərəflərin fərqlənə bilmədiyi oyunda 0:0 hesablı bərabərlik qeydə alınıb. Matçdan sonra baş məşqçilər mətbuat konfransında fikirlərini bildiriblər. Hər iki mütəxəssisin fikirlərini nəzərinizə çatdırırıq:
Kaxaber Sxadadze, "İnter" komandasının baş məşqçisi: "İlk öncə AZAL komandasında məşqçi işini qeyd etməliyəm. Vaqif müəllim çox güclü komanda yarada bilib, komandada oyun intizamı var. Havanın isti olmağı ilk hissədə hər iki komandanın oyununa təsirsiz ötüşmədi, sürət çox aşağı idi. Ötən tur "Qarabağ"a 6 qol vurmuş komandanı çox yaxşı öyrənmişdik. Oyun sxemini dəyişərək AZAL-ın iki güclü hücumçusunu neytrallaşdıra bildik. İkinci hissədə böyük üstünlüyə malik idik, qol epizodlarımız oldu. Fikrimcə, hesab oyuna görədir. Bu, taktikalar oyunu idi. Komandalar hücumdan müdafiəyə tez qayıdırdılar, bu da təhlükəli epizodların yaranmasının qarşısını alırdı. Qarşıda bizi çətin oyun gəzləyir, baxımlı oyunla qələbə qazanmağa çalışacağıq".
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Oyun baxımlı alınmadı. Təbii örtüklü meydançada oynamaq müəyyən problem yaratdı. Çox güclü komandaya qarşı mübarizə apardıq. Qalib gəlib lider olmaq istəyirdik. Nildo və Taqim Novruzov zədəli halda oynayırdılar. Milli komandaların düşərgələrindən dönən futbolçuların fiziki durumu istədiyimiz səviyyədə deyil, bəziləri bu gün 18-liyə belə düşə bilmədi. Futbolçularımın fərdi səviyyəsi baxımlı oyun göstərməyə imkan vermədi. Məğlubiyyətsiz seriyamızı davam etdirdik. Çox sıx qrafiklə oynayacağıq, qarşıda bizi "Qəbələ" və "Xəzər Lənkəran"la çətin oyunlar gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB