“Qızıl Qran Pri” turnirinin son günündə 9 medal qazandıq

“Qızıl Qran Pri” turnirinin son günündə 9 medal qazandıq

Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirin son günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Qızıl medalları komandamıza Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırıb. Onlar müvafiq olaraq final görüşündə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq) və Dayqoro Timonçini (96 kq) üzərində qələbəni təmin ediblər. Bürünc medalları isə 55 kq çəkidə Xurşud Babaşov, 66 kq çəkidə Rəsul Çunayev, 74 kq çəkidə Elvin Mürsəliyev və 84 kq çəki dərəcəsində Rafiq Hüseynov qazanıb.

55 kq
1/8 final - Harun Bozoğlu (TUR) - Vilayət Qəhrəmanlı (0:2, 0:3)
1/8 final - Orxan Əhmədov - S.Şangitbayev (KAZ) (1:0, 3:0)
1/8 final - Tsubasa Oqata (JPN) - Elçin Əliyev (0:1, 1:0, 1:1)
1/8 final - Şerif Kılıç (TUR) - Taleh Məmmədov (2:0, 3:0)
1/8 final - Xurşud Babaşov - Bekxan Mankiyev (RUS) (3:0, 0:1, 2:0)
1/4 final - Nika Tsetsxaladze (GEO) - Vilayət Qəhrəmanlı (0:1, 0:3)
1/4 final - Şerif Kılıç (TUR) - Xurşud Babaşov (0:2, 0:4)
1/4 final - Orxan Əhmədov - Tsubasa Oqata (JPN) (1:0, 1:0)
1/2 final - Haşim Baykara (TUR) - Vilayət Qəhrəmanlı (0:2, 0:2)
1/2 final - Orxan Əhmədov - Xurşud Babaşov (3:1, 1:0)
FİNAL - Vilayət Qəhrəmanlı - Orxan Əhmədov (0:1, 0:3)
Bürünc medal görüşü - Tsubasa Oqata (JPN) - Xurşud Babaşov (0:1, 1:0, 0:1)

60 kq
1/8 final - Sakit Cəlilov - Tonimir Sokol (CRO) (2:0, 2:1)
1/8 final - Nazir Mankiyev (RUS) - Kamran Məmmədov (0:1, 0:2)
1/4 final - Kamran Məmmədov - Lenur Temirov (UKR) (4:0, 1:0)
1/4 final - Sakit Cəlilov - Enes Başar (TUR) (1:0, 3:0)
1/2 final - K. Balitskiy (UKR) - Sakit Cəlilov (0:3, 1:0, 0:1)
1/2 final - Elmurat Taşmuratov (UZB) - Kamran Məmmədov (0:1, 1:0, 0:3)
FİNAL - Sakit Cəlilov - Kamran Məmmədov (0:1, 3:0, 0:1)

66 kq
1/8 final - Rüstəm Əliyev - Rəsul Çunayev (0:1, 0:2)
1/8 final - İslambek Albiyev (RUS) - Həsən Əliyev (1:0, 1:0)
1/8 final - Azad Əliyev - Denis Demyankov (UKR) (0:3, 0:1)
1/4 final - Rəsul Çunayev - Balint Korpasi (HUN) (0:2, 0:1)
Təsəlliverici görüş - Vasif Arzumanov (TUR) - Rəsul Çunayev (0:1, 0:3)
Bürünc medal görüşü - Rəsul Çunayev - Aleksandr Maksimoviç (SRB) (3:0, 1:0)

74 kq
1/8 final - Asset Adilov (KAZ) - Elvin Mürsəliyev (1:0, 0:1, 0:1)
1/8 final - Samuray Mustafayev - A.Kikinov (BLR) (0:1, 1:1, 1:1)
1/8 final - Martin Szabo (HUN) - Niyaməddin İbrahimov (0:1, 0:1)
1/4 final - A.Kikinov (BLR) - Niyaməddin İbrahimov (1:0, 1:0)
1/4 final - Elvin Mürsəliyev - M.Madsen (DEN) (1:1, 0:1)
Təsəlliverici görüş - Petr Novak (CZE) - Elvin Mürsəliyev (0:1, 0:1)
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Aleksandr Kikinov (BLR) (0:1, 1:0, 1:0)

84 kq
1/8 final - Rafiq Hüseynov - K. Johansson (SWE) (0:1, 1:0, 1:0)
1/8 final - Viktor Sasunovski (BLR) - Rüfət Hüseynov (4:0, 1:0)
1/4 final - Həmzət Yusubov - R.Nadareşvili (GEO) (7:0, 2:1)
1/4 final - Artur Ömərov (CZE) - Rafiq Hüseynov (0:1, 1:3)
1/2 final - Həmzət Yusubov - Ald Toom (EST) (0:1, 0:3)
1/2 final - Rafiq Hüseynov - Viktor Lorincz (HUN) (0:1, 1:0, 0:1)
Bürünc medal görüşü - Azamat Bikbayev (RUS) - Həmzət Yusubov (3:0, 1:0)
Bürünc medal görüşü - Alxazur Ojdiyev (KAZ) - Rafiq Hüseynov (1:3, 0:1)

96 kq
1/8 final - Şalva Qadabadze - Kaylot Villiams (USA) (1:0, 3:0)
1/8 final - Stepan Lavriç (CRO) - Araz Həsənov (2:0, 0:1, 0:1)
1/4 final - Şalva Qadabadze - Araz Həsənov (4:0, 1:0)
1/2 final - Şalva Qadabadze - İslam Maqomedov (RUS) (0:1, 1:0, 1:0)
Təsəlliverici görüş - Kaylor Villiams (USA) - Araz Həsənov (1:0, 2:0)
FİNAL - Dayqoro Timonçini (İTA) - Şalva Qadabadze (0:2, 1:0, 0:1)

120 kq
1/4 final - İoseb Çuqoşvili (BLR) - Murtuza Tağıyev (1:0, 1:0)
Bürünc medal görüşü - Murtuza Tağıyev - İqor Didik (UKR) (0:8, 0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə