"Azərreyl"in gücü çatmadı

Polşanın Vrotslav şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edən "Azərreyl" voleybol klubu növbəti oyununu keçirib. Alessandro Kyappinin yetirmələri ikinci oyununda yerli "İmpel"lə 2:3 hesabı ilə uduzub.

Komandamız növbəti oyununu Almaniyanın "Dresdner" klubuna qarşı keçirəcək.

Qeyd edək ki, "Azərreyl" ilk görüşdə "Fənərbaxça"ya 3:0 hesabı ilə qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə