"Mançester Siti" də Musleraya "elçi düşüb

"Mançester Siti" də Musleraya "elçi düşüb

Keçən həftə "Qalatasaray" "Mançester Yunayted"lə qarşılaşmadan məğlub ayırlsa da, deyəsən bu qarşılaşmadan ən çox qazanan qapıçı Fernando Muslera olub. Siasport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı şeytanların" menecerləri uruqvaylı qolkiperi transfer etmək üçün "Qalatasaray" rəhbərliyinə yaxınlaşsalar da, kəskin rədd cavabı alıblar. Türkiyə mətbuatı xəbər verir ki, buna baxmayaraq "Mançester Yunayted"in baş məşqçisi Aleks Fürgusonun tapşırğı ilə ingilis menecerlər, F.Muslaera üçün "Qalatasaray"la müzakirələri davam etdirirlər. Türkiyənin "Fanatik.com.tr" idman saytı isə yazır ki, F.Musleraya bu dəfə "Mançester Siti" də "elçi düşüb." Belə ki, əzəli rəqibləri qarşısında F.Musleranın göstərdiyi əzmkarlıq, Mançester təmsilçisini məmnun edib. sayt xəbər verir ki, "Qalatasaray" prezidenti F.Muslera üçün düz 25 milyon avroluq transfer qiyməti müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə