Dünya çempionatı darmadağınla başladı YENİLƏNİB

Dünya çempionatı darmadağınla başladı YENİLƏNİB

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarına start verilib. Siasport.az saytının məlumatına görə, B qrupunda saat 13:00-da 8-ci KM stadionunda Koreya XDR - Qambiya matçı baş tutub. Oyunda Koreya yığması rəqib qapısından 11 cavabsız qol keçirib.

B qrupunun ikinci oyunu isə Lənkləran şəhər stadionunda keçirilib. Fransa ABŞ-la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Hazırda isə A qrupunda yer alan komandalar qarşılaşır. Tofiq Bəhramov adına Respublika stadionunda Nigeriya və Kanada yığmaları mübarizə aparıralar. Oyunun 63-cü dəqiqəsində Amandine PIERRE-LOUIS Kanadanı önə keçirib. 81-ci dəqiqədə isə rəqib oyunçu Chinwendu IHEZUO hesabda tarazlıq yaradıb - 1:1.

Xatırladaq ki, bu oyundan sonra çempiontın açılış mərasimi keçiriləcək. Tədbirdə dünya ulduzu Cennifer Lopez də konsert proqramı ilə çıxış edəcək.

Daha sonra isə, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi Kolumbiya yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə