Bakının "Nefrçi" futbol klubu, Avropa Liqasının qrup mərhələsində "Partizan"a qarşı keçirən oyundan əvvəl və sonra yaşanan olaylarla əlaqədar artıq UEFA-ya şikayət məktubu göndərib. Siasport.az saytı xəbər verir ki, Bakı klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bu haqda "Qol.az" saytına məlumat verib. Mektubda "Neftçi"nin qapıçısı Şaşa Stamenkoviçə matçda sonra fiziki təzyiqə cəhd göstırilməsi məsələsinə baxılması və ölçü götürülməsi xahiş olunub. Klub rəsmisi qeyd edib ki, UEFA-nın həmin oyunda serb azarkeşlər tərəfindən açılmış irqçi pankartlarla bağlı qərar verəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB