Joze Maurinyo: "Ürəyimdəki komanda "Çelsi"dir"

Joze Maurinyo: "Ürəyimdəki komanda "Çelsi"dir"

Hazırda İspaniyanın "Real" futbol klubunu çalışdıran portuqaliyalı Joze Maurinyo, sensasiyalı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, məşhur futbol mütəxəssisi, yenidən "dumanlı albiom"da çalışmaq istəyini dilə gətirib. "Sky Sport"a açıqlama verən portuqaliyalı futbol mütəxəssisi bildirib ki, o yenidən Premyer Liqada klub çalışdırmağı arzulayır. J.Maurinyo ürəyindəki komandanın "Çelsi" olduğunu etiraf etsə də, başqa bir ingilis klubunun sükanı arxasına keçməyə də hazır olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə