Azarkeşlərin nəzərinə!

Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 start götürəcək. Siasport.az saytının məlumatına görə, çempionatın ilk oyunu saat 17:00-da, Tofiq Bəhramov adına Respubika stadionunda Nigeriya və Kanada yığmaları arasında keçiriləcək. Saat 18:30-da açılış mərasimi, saat 20:00-da isə Azərbaycan - Kolumbiya qarşılaşması başlayacaq. Açılış mərasiminə və yığmamızın ilk oyununa təşrif buyuracaq azarkeşlərdən xahiş olunur ki, FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutsunlar. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə