Yozef Blatter: “Azərbaycanda dünya çempiontının keçirilməsi bir mesajdır”
"Azərbaycan şərqlə qərbin qovuşduğu yerdir". Siasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib. O, ölkəmizdə 17 yaşlı qızlardan ibarət milli komandalar arasında dünya çempiontının keçirilməsinin çox əhəmiyyətli olduğunu, qadınların hüquqlarının tanınmasında mühim rol oynadığını bildirib: "Azərbaycanda 17 yaşlı qızlardan ibarət komandalar arasında dünya çempiontının keçirilməsi bir mesajdır. Bu, Azərbaycanda qadın hüquqlarının tanınmasının bir nümunəsidir. Onu da qeyd edim ki, Azərbaycanda qadınlara bir çox Avropa ölkələrindən daha əvvəl seçmək hüququ verilib".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB