Azad Rəhimov: “Yaxın günlərdə Cüdo Federasiyasında dəyişiklik olacaq”
"Dünən Kpirdə Avropa İttifaqının idman nazirlərinin yığıncağında, bu gün isə burada - Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının "Gənc Jurnalistlər Proqramı"nın açılışında danışılmış oyunlar problemi qaldırılıb". Siasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. O, bununla əlaqədar olaraq ölkəmizdə qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib: "Xatırlayırsınızsa, Azərbaycanda Avropa Şurasının idman nazirlərinin yığıncağında bu məsələyə baxılıb. Ora mütəxəssislər dəvət olunmişdular və məsələ müzakirə ounmuşdu. Biz bütün dünya təcrübələrindən istifadə edəcəyik ki, Azərbaycan belə hallar baş verməsin".
Daha sonra isə cüdo üzrə Azərbaycan yığma komandasından danışan nazir millimizdə dəyişikliyin olacağını qeyd edib: "Cüdo Federasiyası ilə nazirlik arasında çox sıx əlaqə var. Biz birlikdə düşünürük. Londonda məlum oldu ki, bizim idmançılarımızın böyük potensisalı var, onlar çox güclüdürlər. İdmançılarımız yeni qaydalara tam hazır deyildilər. Düşünürəm ki, bu problem məşqçilərlə bağlıdır. Məşqçi heyəti daha ciddi işləməlidir. Yaxın günlərdə Cüdo Federasiyasında dəyişiklik olacaq və yeni xarici mütəxəssislər dəvət ediləcək. Danışıqlar aparılıb, bütün məslələr həll olunub. Avtriyadan, İtaliyadan, Fransadan, Rumıniyada güclü məşqçilər var. Federasiya bu barədə rəsmi açıqlama verəcək".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB