İspaniyalı UEFA prezidenti olmaq istəyir

İspaniyalı UEFA prezidenti olmaq istəyir

UEFA-nın hazırkı prezidenti Mişel Platininin başının üstünü "qara buludlar" alıb. Siasport.az saytı xəbər verir ki, M.Platini üçün narahatçılığın əsas səbəbi, fransız futbol adamının yerinə yeni bir namizədin meydana çıxması ilə bağlıdır. Söhbət, İspaniya Futbol Federasiyasının hazırkı prezidenti Anxel Vilyardan gedir. O, qarşıdakı prezident seşkilərində iştirak edəcəyini və UEFA-nın ölməkdə olan nüfuzunu yenidən qaldırmaq üçün əməli addımlar atacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə