Uruqvay yığması şəhər gəzintisində

Uruqvay yığması şəhər gəzintisində

Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçıları ölkəmizdədir. Siasport.az saytının məlumatına görə, D qrupunda Çin, Qana və Almaniya komandaları ilə mübarizə aparacaq Uruqvay yığmasının üzvləri bu gün Bakıda gəzintiyə çıxıblar. Dənizkənarı Milli Parkda və paytaxtımızın digər görməli yerlərində olan uruqvaylı futbolçular gəzintidən məmnun qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə