Ferguson: "Qalatasaray"la birlikdə qrupdan çıxacağıq"

Ferguson: "Qalatasaray"la birlikdə qrupdan çıxacağıq"

İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Aleks Ferguson, UEFA Çempionlar Liqasında bir qrupda mübarizə apardıqları İstanbulun "Qalatasaray" futbol klubu haqqında xoş sözlər söyləyib. Siasport.az saytı xəbər verir ki, İngiltərədə oynanılan ilk qarşılaşmadan sonra "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə bir araya gələn təcrübəli mütəxəssis, "Qalatasaray"ın sərgilədiyi oyundan olduqca məmnun olduğunu deyərək, hakim tərəfindən Umut Buluda qarşı edilən kobudluğun cəzasının penalti olduğunu etiraf edib. Artıq hər şeyin arxada qaldığını deyən A.Ferguson, "Qalatasaray"la birlikdə qrupdan çıxacaqlarına əmin olduğunu da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə