Bakının "Neftçi" futbol klubunun dünən axşam UEFA Avropa Liqasının qrup mərhələsinin ilk qarşılaşmasında "Partizan"la keçirdiyi oyun, UEFA-nın rəsmi saytının da diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, UEFA-nın rəsmi saytı, Bakı təmsilçisinin rəqibə qarşı olduqca istəkli və nizamlı oyununu düqqətə çəkərək yazır ki, "ağ qaralar" tarixlərində ilk dəfə oynadıqları qrup mərhələsində ilk xallarını qazanıblar. Serblərin olduqca dağınıq və xaotik futbol oynadıqlarına diqqət çəkən UEFA-nın rəsmi saytı, "Neftçi"nin qarşıdakı oyunlarda cidi sürprizlərə imza ata biləcəyini qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB