"Fənərbaxça"nın "Marsilya" ilə oyunda heç-heçə etməsi məşhur müğənni İbrahim Tatlısəsi əsəbləşdirib. Siasport.az saytının məlumatına görə, müğənni "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocamana etirazını bildirib. Matçda meydan sahibi 2 cavabsız qolla öndə olarkən qonaqların hesabı bərabərləşdirməsinə özündən çıxan İ.Tatlısəs "Yenə yandırdın bizi, Aykut müəllim. Alekslə nə qərəzinin olduğunu anlamadım. O, oyundan çıxan kimi qapımıza 2 qol vurdular", - deyə "Twitter" sosial şəbəkəsində fikirlərini paylaşıb.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB