"Fənərbaxça" azarkeşləri Aykut Kocamanı istefaya səsələdilər!

"Fənərbaxça" azarkeşləri Aykut Kocamanı istefaya səsələdilər!

İstanbulun "Fənərbaxça" futbol klubunun azarkeşləri, "Olimpik Marsel" ilə keçirilən dünənki qarşılaşmada baş məşqçi Aykut Kocamanı istefa verməyə səsələyiblər. Siasport.az sayt xəbər verir ki, "Fənərbaxça"nıın 2:0 hesabı ilə öndə olduğu qarşılaşmanın son saniyələrində rəqibin 2 qol vuraraq hesabı bərabərləşdirməsi, üstəlik baş məşqçinin oyunun ortalarında kapitan Aleks de Souzanı meydandan çıxarması, "Fənərbaxça" azarkeşlərini bərk qəzəbləndirib. Onlar baş məşqçinin səhv taktikası üzündən komandanın qələbəni əldən verdiyini deyərək, A.Kocamanın artıq "Fənərbaxça" üçün ciddi problemə çevrildiyini düşünürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə