"Bakı"da yeni məşqçi

"Bakı" klubunda yeni məşqçi fəaliyyətə başlayıb. Siasport.az saytının məlumatına görə, klubun sabiq qapıçısı Xalidu Sissoko komandada işə qəbul olunub.

Yeni məşqçi əvəzedici komandada işləyəcək. Onun gələcəkdə əsas komandaya dəvət edilməsi gözlənilir.

Qeyd edək ki, Seneqal yığmasının sabiq qapıçısı 2005-ci ildən "Bakı"da çıxış edirdi. O, Azərbaycan çempionluğunu və kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə