Yunis Hüseynov: "Rəhbərliyə istefa verdiyimi bildirəcəm"

Yunis Hüseynov: "Rəhbərliyə istefa verdiyimi bildirəcəm"

Premyer Liqanın IV turunun təxirə salınmış oyununda "Xəzər Lənkəran"ı 2:0 hesabıyla məğlub edən "Simurq" turnir cədvəlinin lideri olub. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:

Georgi Çıxradze, "Simurq" klubunun baş məşqçisi: "Oyunun gərgin keçəcəyini bilrdik. Buna görə də yaxşı hazırlaşmışdıq. "Xəzər Lənkəran" hücum futbolunu göstərdi. Biz də əks hücumlarda iki qol vuraraq qalib gəldik. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram".


Yunis Hüseynov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Komandanın göstərdiyi oyundan narazıyam. Verdiyim tapşırıqları yerinə yetirmədilər. Rəhbərliyə istehfa verdiyimi bildirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə