Böyükağa Hacıyev: “Neftçi” 1 xal qazanmadı, 2 xal itirdi”

Böyükağa Hacıyev: “Neftçi” 1 xal qazanmadı, 2 xal itirdi”

"Neftçi" 1 xal qazanmadı, 2 xal itirdi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Partizan"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Mütəxəssis "Bakı"dakı oyunda "Partizanı" məğlub edəcəklərini qeyd edib: "Bizim futbolçular Avroliqanın qrup mərhələsində debütantdırlar. Buna görə də bir az gec ayıldılar. Burda üç xal qazana bilmədik, amma əmin olun ki, Bakıdakı oyunda üç xal cibimizdədir. "Partizan" təsəvvür etdiyimdən də zəif komandadır. Çox təəssüf ki, böyük tarixi olan klub bu gündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə